Son bir neçə həftə ərzində ölkənin media gündəmindən çıxmayan "Bakcell" MMC "yeni dövr başladırıq" şüarı ilə növbəti videonu paylaşıb.
Mia.az xəbər verir ki, yeni reklamda Azərbaycanın bir çox tanınmış simaları "Bakcell" brendinin böyük dəyişiklər astanasında olduğunu bildirir və bir çox yeniliklər gətirəcəyini vəd edir.
Şirkət heç bir rəsmi açıqlama verməsə belə, videolarda innovasiya, süni intelekt və yeni məhsullarla bağlı mesajları sezmək olur. Ən son reklamda isə tarix və məkan qeyd olunub; 25 aprel 18:00, Bakı Bulvarı.