Sosial şəbəkədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədovun oğlu Orxan Məmmədovun SOCAR Türkiyə şirkətində işə düzəlməsilə bağlı məlumatlar yayılıb.

Mia.az-ın məlumatına görə, Etibar Məmmədov Modern-ə açıqlamasında xəbəri təkzib edib: "Orxanla bağlı deyilənlər həqiqəti əks etdirmir. O, "SOCAR Türkiyə"də işləmir".

Qeyd edək ki, Etibar Məmmədovun iki oğlu, bir qızı var. Onun böyük oğlu Orxan Məmmədovun uzun müddətdir biznes sahəsində fəaliyyət göstərdiyi bildirilir.

Partiya liderinin kiçik oğlu Ayxan Məmmədov AMİP gənclər təşkilatının sədridir.