Kibertəhlükəsizlik texnologiyaları ilə müştərilərinə təqdim etdiyi peşəkar dəstəyi birləşdirərək müştərilərinin kibertəhlükəsizliklərə qarşı daha davamlı olmasını təmin edən “Doğuş Teknoloji”, sığorta sektorunda kibertəhlükəsizlik investisiyalarının böyük əhəmiyyət kəsb etdiyini vurğulayır.
Mia.az xəbıər verir ki, “Doğuş Teknoloji”nin Əməliyyatlar və Kibetəhlükəsizlik üzrə Baş direktorunun müavini Eray Gözener, “Rəqəmsal transformasiyanın sürətlənməsi və internetdən istifadənin artması ilə kibertəhdidlərin sayı və mürəkkəbliyi də artıb. Sığorta sektoru müştəri məlumatlarını, maliyyə məlumatlarını və digər həssas məlumatları ehtiva edən bir sahə olduğundan, kibertəhlükəsizlik bu sektor üçün həyati əhəmiyyət kəsb edir. Ona görə də dövrün tələb etdiyi çeviklik ilə vizyona sahib olmaq çox vacibdir...” deyir.
Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə aprelin 16-da Azərbaycanda keçiriləcək Insurtech Sammitində iştirak etməyə hazırlaşan “Doğuş Teknoloji” rəqəmsallaşmanın ən mühüm elementlərindən biri olan kibertəhlükəsizliyin Azərbaycanın sığorta sektorunda hansı strategiyaların tətbiqi ilə bağlı tövsiyələrini paylaşacaq.
Rəqəmsallaşma prosesində xüsusilə təhlükəsizlik və məlumatların məxfiliyi diqqət edilməli ən vacib məsələlərdən birinə çevrilib. “Doğuş Teknoloji” proaktiv kibertəhlükəsizlik yanaşmasının gələcəkdə daha çox əhəmiyyət kəsb edəcəyinə inanır və potensial təhdidlərin proqnozlaşdırılması və qiymətləndirilməsinin mümkün riskləri minimuma endirəcəyini vurğulayır. Kiberhücumçuların davamlı olaraq yeni üsullar kəşf edəcəyini və təhdidlərin mürəkkəbliyinin artacağını nəzərə alan “Doğuş Teknoloji” müştərilərinin kibertəhlükəsizlik strategiyalarını inkişaf etdirərək uzaqgörən bir xidmət göstərdiklərini vurğulayır.
Kibertəhlükəsizlik sığorta sənayesi üçün vacibdir!
Sığorta sektoru müştəri məlumatlarını, maliyyə məlumatlarını və digər məxfi məlumatları özündə birləşdirən bir sahədir, ona görə də kibertəhlükəsizlik bu sektor üçün vacib əhəmiyyət kəsb edir. Kiberhücumlar sığorta şirkətlərinin əməliyyatlarını ciddi şəkildə poza bilər və müştəri məlumatlarının oğurlanması və ya zədələnməsi vəziyyətində onları hüquqi məsuliyyətə cəlb edə bilər. Ona görə də sığorta şirkətləri üçün güclü kibertəhlükəsizlik infrastrukturunun yaradılması, təhlükəsizlik tədbirlərinin daim yenilənməsi və işçilərinə təhlükəsizlik mövzusunda təlim keçərək məlumatlılığın artırılması müştərilərin inamı və korporativ reputasiyası üçün böyük əhəmiyyət kəsb edir.
Aprelin 16-da Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə Azərbaycanda keçiriləcək və Azərbaycanda sığorta sektorunun texnologiya yönümlü transformasiyası və innovasiyalarının müzakirə ediləcəyi Insurtech Sammitində iştirak etməyə hazırlaşan “Doğuş Teknoloji”, rəqəmsallaşmanın ən mühüm elementlərindən biri olan kibertəhlükəsizliyin Azərbaycan sığorta sektorunda hansı strategiyalardan istifadə oluna biləcəyini müzakirə edəcəklər.
Sığorta sənayesindəki rəqəmsallaşma tendensiyaları və imkanlarının müzakirə ediləcəyi tədbiri gücləndirəcək şirkətlərdən biri olan “Doğuş Teknoloji”nin Əməliyyatlar və Kibetəhlükəsizlik üzrə Baş direktorunun müavini Eray Gözener sammitdə Türkiyədə və müxtəlif coğrafiyalarda rəqəmsal transformasiya və kibertəhlükəsizlik sahəsində şirkətin vizyonu və gördüyü işlər barədə danışacaq. Gözener tədbirlə bağlı açıqlamasında bunları qeyd etdi: "Kiber təhlükəsizlik rəqəmsallaşmanın ən vacib elementlərindən biridir və şirkətlərin davamlı gəlirliliyinə və nüfuzuna birbaşa təsir edir. Rəqəmsal transformasiyanın sürətlənməsi və internet istifadəsinin artması ilə, Kibertəhdidlərin sayı və mürəkkəbliyi də artmışdır. Buna görə də şirkətlərin həyat dövrlərini nəzərə alsaq, sağlam bir irəliləyiş üçün kibertəhlükəsizlikdə çox ciddi addımlar atılmalıdır. Həm həyata keçirdiyimiz layihələr çərçivəsində, həm də iştirak etdiyimiz sektoral tədbirlər çərçivəsində dünyada, xüsusən də Türkiyədə rəqəmsal transformasiya sahəsində bir çox fərqli layihələrdən əldə etdiyimiz bilikləri qardaş ölkəmiz Azərbaycanla daim paylaşmağa çalışırıq. “Biz Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə təşkil olunacaq “Insurtech” tədbirində iştirak edərək Azərbaycanın rəqəmsal transformasiya prosesinə dəstəyimizi davam etdirəcəyik”.