ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cil Baydenin illik vergi heabatı veriblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Bayden ailəsi 2023-cü maliyyə ilində illik ümumi gəlirinin 619 min 976 dollar olduğu və federal gəlir vergisinə 146 min 629 dollar ödədiklərini açıqlayıblar.

Bayden ailəsinin vergi bəyannaməsi aprelin 15-də dərc edilib.

Ağ Evdən verilən açıqlamada Bayden və həyat yoldaşı birlikdə gəlir vergisi veriblər: "Bayden və həyat yoldaşı Delaver əyalətinə 30 min 908 dollar, Virciniya əyalətinə isə 3 min 549 dollar gəlir vergisi ödəyib. Bununla yanaşı, Bayden ailəsi 17 müxtəlif xeyriyyə təşkilatına 20 min 477 dollar bağışlayıblar. Beləliklə, Prezident Bayden Amerika xalqına qarşı şəffaf olmaq əzmini bir daha nümayiş etdirib. O, həm də vəzifədə olarkən ən çox vergi ödəyən prezident olub".

Xatırladaq ki, Baydenin sələfi, keçmiş ABŞ prezidenti Donald Tramp 4 illik səlahiyyət müddətində vergi bəyannamələrini açıqlamaqdan imtina edib.

Samir Musayev
MİA.AZ