Türkiyənin Elazığ şəhərinin mərkəzi Sugözü məhəlləsinin muxtarı Seda Gündoğan yerli bələdiyyəyə üsyan bayrağı açıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Elazığ Bələdiyyəsinin yol tikinti işləri zamanı məhəllə yollarına baxmamasından şikayətlənib və radikal addım atıb.
Məlumata görə, qadın muxtar bələdiyyənin sifarişi ilə yaxın əraziyə yol çəkən podratçı şirkətlərin yük maşınlarının qarşısını oturaraq aksiya ilə kəsib: "Burada bəziləri sanki atalarının savabına iş görür. Hər kəs öz işini, öz vəzifəsini vicdanla edəcək. Mən necə seçilmişəmsə, bələdiyyə də elə seçilib. Yəni, fərqimiz yoxdur. Mən işimi, bələdiyyə də öz işini vicdanla görəcək. Bizim məhəllədən 100 metr kənarı asfaltlayırlar, ancaq bizim məhəlləyə 2 ildın çoxdur baxmırlar. Niyə? Bu gün buradan qalxan deyiləm. Bələdiyyə 100 metr yol çəkə bilmir? 2 ildir xidmət göstərilmir, gəlin bu məhəllənin yollarına baxın. Görün nə gündədir. Axı bu məhəllənin insanları da insandır”.
Zülfiyyə,
MİA.AZ