Türkiyədə dindar kəsimlərə nüfuz etməkdə olan iki partiya birləşə bilər.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 31 mart seçkilərindən sonra Səadət Partiyası ilə Yenidən Rifah Partiyasının birləşəcəyi iddiası siyasi gündəmin müzakirə mövzularından birinə çevrilib.
Məsələyə Səadət Partiyası sədrinin müavini, İstanbuldan deputat Mustafa Kaya izahat verib.
O, Yenidən Rifah Partiyası ilə birləşəcəyi ilə bağlı iddiaları təsdiq etməyib: "Biz hazırda bələdiyyə seçkiləri ilə bağlı yerlədə aldığımız səsləri analiz edirik. Gündəmimizdə isə birləşmə və ya ayrılıq yoxdur...".
Lamiyə Əhmədli
MİA.AZ