"MKE Ankaragücü"yə 3-1 hesabı ilə məğlub olan "Qaziantep FK"nin baş məşqçisi Selcuk İnan turnir cədvəlindəki vəziyyətlə bağlı sualları cavablandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda 31 xalla 17-ci yerdə - birinci liqaya düşmə xəttində olan komandasının bu oyunda da qalib gələ bilməməsinin onu dərindən üzdüyünü etiraf edib: "Çox kədərliyəm. Amcaq çox çalışırıq. Bu, asan məsələ deyil. Fikrimdəki oyunu meydana tətbqidə çətinliyimiz var. Bundan sonra doğma meydanımızda cəmi 3 oyunumuz qalıb - "Kasımpaşa", "Fatih Karagümrük" və "Hatayspor". Bu oyunları mütləq qazanmalıyıq. O oyunlarda xal itirməyimizin üzrü yoxdur. Qalan səfər matçlarında isə bacardığımız qədər xal qazanmağa çalışacağıq".
Fərid
MİA.AZ