Azərbaycan Kikboksinq federasiyası Gənclər, yeniyetmələr və kadetlər arası Bakı şəhər birinciliyinə bu gün start verib.
Mia.az xəbər verir ki, iki gün davam edəcək yarış Hövsan olimpiya idman kompleksində "Kikboksinq narkomaniya və uşaq cinayətkarlıgına qarşı" devizi ilə keçilir.
Yarışı idarə edən hakimlərin arasında beynəlxalq lisenziyalı hakim Günay Hacıyeva da var.
Gənclər və yeniyetmələr üzrə milli komandaların baş məşqçisi Hikmət Hacıyevin Mia.az-a bildirdiyinə görə, bu tipli yarışlar təkcə idmanın inkişafına xidmət etmir, eyni zamanda, gənc nəslin diqqətinin zərərli vərdişlərdən yayınması üçün etibarlı zəmin yaradır, uşaqlar arasında idman çoşqusu və bayram əhval-ruhiyyəsinə səbəb olur.
Beynəlxalq dərəcəli hakim Günay Hacıyevanın sözlərinə görə, artıq neçə ildi uşaqların yarışlarını idarə edir: "Mən ölkə xaricində beynəlxalq tədbirlərdə hakimlik etmişəm, amma uşaq yarışlarının əhəmiyyətini xüsusilə qeyd etmək istəyirəm. Mənə görə, yaxşı, pis, yaxud udan uduzan idmançı yoxdu. Yarışa qoşulmaq özü bir dərəcədi idmançı üçün. Uşaqlar bunu çox yaxşı anlayır. Hər yarış gələcək üçün bir motivasiyadı, qələbə üçün fundamentdi. Bundan başqa, bizim yarışların devizində vacib çağırışlar dayanır. Sağlamlıq, gənclərin və yeniyetmələrin zərərli vərdişlərə "yox" deyə bilməsinə mənəvi mühit yaratmaq mənə görə çox dəyərlidi".
Günay xanımla müsahibəni aşağıdakı videolinkdən izləyə bilərsiniz:
Zülfiyyə
MİA.AZ