İstanbulda terrorla mübarizə idarəsinin əməkdaşları mühüm əməliyyat keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla PKK/KCK-nın Paris üzrə məsul şəxsi Serhat G. Fransadan İstanbula gələrkən Hava Limanında saxlanılıb.

Məlumata görə, 2022-ci ildə "terror təşkilatı üzvü olmaq" ittihamı ilə qiyabi olaraq 4 il 3 aylıq həbs cəzası alan Serhat G-nin təyyarədən enən kimi qandallanıb: "O, PKK/KCK-nın "Paris nümayəndəsi" olub".

Tahir

MİA.AZ