UEFA "Qalatasaray"ın baş məşqçisi Okan Buruku cəzalandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə UEFA Sanksiyalar Komitəsi qərar verib.

Məlumata görə, fevralın 22-də keçirilən "Sparta Praqa" oyununda qaydalara zidd davranış göstərən Okan Buruka 2 oyunluq cəza kəsilib.

Baş məqşçi ilə yanaşı, komandanın müdafiəçisi Kaan Ayhana bir oyunluq cəza verilib.

Fərid Aslan

MİA.AZ