İtaliya A seriyasının 31-ci turunda “İnter” səfərdə “Udineze” ilə "döyüş"ə çıxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “Blunerji” stadionunda baş tutan matçda hesabı ev sahibi açıb.
Lazar Samardjiçin 40-cı dəqiqədə vurduğu qol "İnter"in qapısını silkələyib - 1:0
"İnter"də 55-ci dəqiqədə penaltidənhesabı tarazlayıb. Penaltini türk oyunçu Hakan Çalhanoğlu vuurb.
Oyunun 90+5-ci dəqiqəsində isə Davide Frattesi "İnter"ə 2:1 hesablı qələbə qazandıran qola imza atıb.
Bu nəticə ilə "İnter" xalını 82-yə yüksəldərək liderlik kürsüsündı möhkəmlənib. "Udineze" isə 28 xalla 15-ci pillədə qalıb.
Samir Musayev
MİA.AZ