Ötən ilin dekabrında Milli Onkologiya Mərkəzi “Şüa avadanlıqları və digər tibbi avadanlıqların cari təmiri, texniki xidmət, material ehtiyatları kimi tanınan hissələrinin, detallarının alınması və dəyişdirilməsi” tenderinin nəticələrini elan edib.
Mia.az Tribunainfo.az-a istinadla xəbər verir ki, tenderin qalibi “Azəri Med” QSC olub.
Qalib şirkətə 5 221 000 manat ödənilməsi nəzərdə tutulub. Maraqlıdır ki, 5 milyonluq layihənin icrasına başlanması haqda əlavə və yeni məlumat verilməyib. Ən mühüm detal isə qalib gələn şirkətin deputat Kamaləddin Qafarova aid olmasıdır. Bu da təəccüb doğurmur. Çünki MOM tərəfindən elan edilən tenderlərdə nədənsə davamlı olaraq deputat aid şirkətlər qalib gəlir.
K.Qafarov bir sıra firmalara sahibdir. O, əvvəl MOM baş direktorunun müavini olub. Parlament üzvü olduqdan sonra da biznes əlaqələri inkişaf edib. Onun firmalarının siyahısını mediada yayılan xəbərlərə istinadən təqdim edirik:
AzəriMed” MMC,
“AzəriMed MNK” MMC
“Kanon” MMC,
“Mega Pharmacy” MMC,
“Azeri Med MNK” MMC,
“Versal” MMC,
“Versal Palace” MMC
“Naturalist” firması,
“AvestaFarm” MMC,
Cardinal Health şirkəti
“Ruslan AZ” MMC
Zəfəran Hospital
Zəfəran Apteklər şəbəkəsi
Siyəzən Broyler