İsrailin Qəzzaya amansız hücumları davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə hər ötən gün xeyli dinc sakin ölür, yüzlərləsi isə yaralanır.
Fələstin Səhiyyə Nazirliyindən verilən son məlumata görə, son 24 saatda Qəzzada daha 153 fələstinli həyatını itirib, 60-ı isə yaralanıb: "Bununla da 7 oktyabrdan bəri Qəzzada ölənlərin sayı 33 min 360-a, yaralıların sayı isə 75 min 993-ə yüksəlib".
Firudin Səfərli
MİA.AZ