Sudanda yaşanan vətəndaş müharibəsi 8,5 milyon insanı yurd-yuvasından didərgin salıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Olqa Sarrado mətbuat konfransında açıqlama verib.
O bildirib ki, Sudanda vətəndaş müharibəsinin miqyası ətraf ölkələrə qədər sıçrayıb: "Evindən, yurdundan qaçan 8,5 milyondan çox qaçqından ən azı 1,8 milyonu qonşu ölkələrə sığınıb. Onlar həm ölkə, həm də ölkə xaricində çox ağır şərtlərlə ayaqda qalmağa çalışırlar. Bu, bəlkə də dünyanın ən ağır köçkünlük böhranlarından biridir. Təəssüf ki, ölkədə müharibə bir il əvvəl başlasa da, sanki fövqəladə vəziyyət dünən başlamış kimi hər gün minlərlə insan sərhədləri keçir. Hər gün orta hesabla 1800-dən çox insan Cənubi Sudana gəlir. Bu, daha dəhşətli mənzərə ilə yanaşı, çox böyük humanitar ehtiyaclar formalaşdırır".
Xatırladaq ki, Sudanda 2023-cü ilin aprel ayının ortalarından general Əbdülfəttah əl-Burhanın komandanlığı altında ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında şiddətli toqquşmalar başlayıb.
Firudin Səfərli
MİA.AZ