Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal matçında Jorge Jesusun komandası "Əl Hilal" ilə Luis Kastronun sükanı arxasında olduğu "Əl Nassr" komandalarının oyununda gərgiinlik yaşanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Mohamed Bin Zayed Stadionunda keçirilən görüşdə "Əl Hilal" 2-1 hesabı ilə qalib gəlib. 

Jesusun komandasına qələbə qazandıran qolları 61-ci dəqiqədə Salem Al Davsari, 72-ci dəqiqədə isə Malkom  gətirib. "Əl Nassr"ın yeganə qolunu isə 90+9-cu dəqiqədə Sadio Mane vurub.

Oyunun 86-cı dəqiqəsində isə meydanda gərgin anlar baş verib. "Əl Nəsr"də çıxış edən dünyaca məşhur ulduz Kriştiano Ronaldo birbaşa qırmızı vərəqə cəzasına sərt etiraz edib. Belə ki, 39 yaşlı futbolçu hakim qərarına etiraz olaraq ona yumruq qıcayıb. O, bununla yanaşı, azarkeşləri hakimə qarşı "tətikləyib". Araya girən oyunçular Ronaldonu sakitləşdiriblər...

Onu da qeyd edək ki, "Fənərbağça"nın sabiq baş məşqçisi Jorge Jesusun baş məşqçisi olduğu "Əl Hilal" bu qələbə ilə ardıcıl 33-cü qələbəsini qazanaraq dünya futbol tarixində qələbə seriyası üzrə rekordu yeniləyib. 

Fərid

MİA.AZ