"Beşiktaş" baş məşqçi Fernando Santosla yollarını ayırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb "Beşiktaş" doğma meydanda "Samsunspor"la 1:1 hesablı heç-heçə etməsi olub.

Oyundan sonra klub açıqlama yayıb: "Məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir və gələcək həyatında uğurlar arzulayırıq. Serdar Topraktepe mövsümün sonunadək komandanın başında olacaq".

"Beşiktaş" portuqaliyalı çalışdırıcının rəhbərliyi altında keçirdiyi 16 matçda 7 qələbə, 4 heç-heçə və 5 məğlubiyyət alıb.

Fərid

MİA.AZ