Türkiyə 1-ci Liqasının 29-cu turunda mübarizə aparan İzmirin "Göztəpə" komandası bu gün öz meydanında "Ərzurumspor"la üz-üzə gəliib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyun izmirlilərin inamlı qələbəsi ilə başa çatıb - 3:0.

Qarşılaşmada izmirlilərin qollarını 1-ci və 71-ci dəqiqələrdə Romulo, 76-cı dəqiqədə isə Mustafa Yumlu avtoqolla atıb.

Onu da qeyd edək ki, matçın 59-cu dəqiqəsində "Ərzurum"da Cəlal Hanalp qırmızı vərəqə ilə meydandan qovulub.

Bu qələbə sayəsində xalını 59-a çatdıran "Göztəpə" 2-ci pillədəki mövqeyini möhkəmlədib. Bu, həm də İzmir komandasının superliqaya birbaşa yüksəlmə şansını artırıb. 

Fərid Aslan

MİA.AZ