Prezidentin köməkçisi Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ilə görüşüb.
Mia.az xəbər verir ki, bu barədə səfir sosial media hesabında paylaşım edib: "Prezidentin köməkçisi Hikmət Hacıyevlə işgüzar görüşlər təkcə ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə və həll etmək imkanı deyil, həm də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı konkret addımlar və iddialı layihələrlə gücləndirmək üçün səmimi qarşılıqlı istəkdir".