"Zaporojya Atom Elektrik Stansiyasına edilən hücumlar təhlükəlidir. Bu, uzunmüddətli perspektivdə çox pis nəticələrə səbəb olan taktikadır. Təəssüf ki, Kiyev rejimi terror fəaliyyətlərini davam etdirir".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə deyib.
Peskov bildirib ki, Ukrayna stansiyaya hücuma son verməlidir: "Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) işçilərinə məlumat verilib. Onlar hazırda bu hücumlara şahidlik edirlər".
Xatırladaq ki, dünən Ukrayna hərbçiləri dronlarla Zaporojya Atom Elektrik Stansiyasına hücum edib. Nəticədə stansiyanə ələ keçirmiş 3 rus hərbçisi yaralanıb.
Onu da qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojya Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.
Elektrik stansiyası 2022-ci ilin martında ruslar tərəfindən işğal olunub.
Samir Musayev
MİA.AZ