Məşhur ssenarist, rejissor, aktyor və prodüser Kani Rüzgar Şavata Haberler.com-un aparıcısı Melis Yaşara müğənni Ahmet Kaya ilə bağlı çox maraqlı açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aprelin 5-də ekranlara çıxan “İki Gözüm Ahmet: Sürgün” filminin rejissoru da olan Savata Ahmet Kayanın 10 fevral 1999-cu ildə məruz qaldığı hücumla bağlı diqqətçəkən iddialar irəli sürüb:
"Ahmet Kayanın daşqalaq edilməsində məsuliyyət daşıyıram. Həmin vaxtı - 1999-cu ildə mən Diyarbəkirdə "Sərhəd" ("Sınır") filmini çəkirdim. Ona görə Ahmet Kayann daşqalaaq edildiyi tədbirə gələ bilmədim. Halbuki məni də dəvət etmişdi, kaş gələydim. Gəlsəydim, o gecə ya sülh olacaqdı, ya da ikimizdə ölərdik. Burada özümü günahkar bilirəm. P gecə kimi daş atdı, kimi seyirçi qaldı, kimi tərəf tutdu...Bunların arxasında biri vardı. Serdar Ortaçın qalxıb orada sahnəyə çıxması şovmenlikdən başqa bir şey deyildi. Yaxşı, bəs onu səhnəyə çıxaran kim idi?".
"İki Gözüm Ahmet: Sürgün" filmi haqqında danışan məşhur rejissor daha sonra deyib:
"Bu filmdə dərinə girdik. Bir ağaca baxanda gövdəsini, yarpaqlarını, budaqlarını görürsən. biz isə kök üçün torpağın altını qazdıq. Bu filmdə dərin bir dövlət var, onun həyatını çevirən sübutlar var. Məsələn, Kaya həbs olunanda onu Metris həbsxanası o vaxt siyasi həbsxana deyildi. Ahmet Qayanı gecə məhkəməyə verdilər və hərbi maşınla onu Metris Həbsxanasına apardılar. O, maşından düşən zaman başqa bir təlimat gəldi, o təlimatla da Ümraniye Həbsxanasına göndərildi. Ahmet Kaya bəlkə də Metris Həbsxanasında öldürüləcəkdi. Bir anda hər şey dəyişdi və o, səhər saatlarında Ümraniye Həbsxanasında şərti azadlığa buraxıldı. Baxın, qanuna görə şərti azadlığa çıxma qadağası ölkədən çıxa bilməz. Amma Ahmet Kaya "dərin qüvvələr" onun xaricə gedişinə məqsədli şəkildə yol açdı. Bəzilərinin niyyəti xaricdə ondan Türkiyəyə qarşı kozır kimi istifadə etmək idi. Bunun üçün də zəmin yaratdılar, evini, maşınını gülləbaran, daşqalaq elədilər. Beləliklə, üzərində şərti işi olsa da, təyyarə ilə xaricə brahat yola çıxdı..."
Xatırlaadq ki, Ahmet Kaya 10 fevral 1999-cu ildə qatıldığı Maqazin Jurnalistlər Cəmiyyəti gecəsində "Kürtcə mahnılar oxuyub klip çəkmək istəyirəm" deyəndən sonra tədbirdə ara qarışıb. Kayaya sərt reaksiya verən Serdar Ortaç səhnəyə çıxaraq Sibel Canın "Sultan" mahnısını oxuyub və "hər kəsi aratürk yoluna çağırıb və "bura Türkiyədir" mesajı veirub.
Daha sonra o, türkçülüyün rəmzi olan "10-cu il marşı"nı oxuyub. Bu zaman gəriinlik pik hədəd çatıb və tədbir iştirakçılarından çoxu Ahmet Kayanı linç edib, ona ona çəngəl-bıçaq atıblar. Həmin hadisədən sonra Fransaya gedən Ahmet Kaya 2000-ci il noyabrın 16-da səhər saatlarında infarkt keçirirək vəfat edib. O, Parisdə dəfn olunub.
Ləman
MİA.AZ