Gürcüstanda 145 min vətəndaşın ümumi məbləği 590 milyon lari (220 milyon dollar) məbləğində vergi borcu silinəcək.
Bunu ölkənin Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazirin sözlərinə görə, Gürcüstanda çoxlu sayda fiziki şəxsin vergi borcu var və bu səbəbdən onlar iqtisadi fəaliyyət imkanından məhrumdurlar.
"Bütün fiziki şəxslərin, o cümlədən fərdi sahibkarların 2021-ci il yanvarın 1-dək yaranmış ödənilməmiş və tanınmış vergi borcları, eləcə də hesablanmış cərimələr silinəcək", - İ.Kobaxidze bildirib(Report).