Hesablama Palatası br çox dövılət qurumlarınd aşakralan qanun posuntuları ilə bağlı Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət edib.

Mia.az xəbər verir ki, bu, Palatanın hesabatda qeyd olunub.

Bildirilib ki, Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) Sumqayıt Tibb Mərkəzinin (1), Təhsil Nazirliyinin tabeliyindəki Naxçıvan Dövlət Universitetinin (2), Gənclər və İdman Nazirliyinin (3), ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin (4), Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin (5), Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinin (6), TƏBİB-in Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (7), "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (8), Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində, aşkar olunmuş nöqsanlarla bağlı Baş Prokurorluğa, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin, Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı isə DTX-ya müraciət olunub.