Küveyt əmiri Meşal əl-Cabir əl-Əhməd əs-Sabah hökuməti istefaya yollayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Küveyt əmiri Meşal əl-Cabir əl-Əhməd əs-Sabah aprelin 4-də keçirilən seçkilərin nəticələrinin  açıqlanmasından sonra dünən istefa verən baş nazir Məhəmməd əl-Səlim əl-Sabahın rəhbərlik etdiyi hökumətin istefasını qəbul edib.

Bu barədə ölkə Əmirinin imzaladığı fərmana əsasən, "köhnə hökumət" yeni kabinet formalaşana qədər öz vəzifəsini müvəqqəti icra edəcək.

Məlumata görə, ölkə parlamentində yeni hökumətin qurulması ilə bağlı ilk növbədənkənar sessiya aprelin 17-də keçiriləcək.

Zülfiyyə

MİA.AZ