Türkiyə birinci liqasında mübarizə aparan Arda Turanın baş məşqçisi olduğu "Eyüpspor" bu gün tarix yazıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün "Eyüpspor" öz meydanında "Altay"ı 4:1 hesabı ilə məğlub edərək qalan oyunların nəticəsindən aslı olmayaraq, super liqaya vəsiqə qazanıb.

Xatırladaq ki, 1919-cu ildə İstanbulun Eyüpsultan rayonunda yaradılan klub 105 ildə bir dəfə də olsun Super Liqaya yüksəlməyib.

Fərid

MİA.AZ