Keçmiş Türkiyə çempionu ağır günlərini yaşayır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2010-cu ildə Türkiyə superliqasının qalibi olan "Bursaspor" 3-cü liqaya yuvarlanmaq üzrədir.
Məlumata görə, hazırda Türkiyə 2-ci liqasında mübarizə aparan Bursanın ən köklü komandası yarışın bitməsinə 5 tur qalmış bu liqa ilə vidalaşmasını rəsmiləşdirə bilər: "2009-2010 Super Liqa çempionu "Bursaspor"un hazırda 20 xalı var. Komanda 3-cü liqaya yuvarlanmaqla üz-üzədir. Komandanın liqada qalması üçün özündən hazırda 14 xal öndə olan "Serik Belediyespor"u ötməsi, adıçəkilən komandanın isə qalan 5 oyunun hamısından uduzması şərtdir. Əlbəttə, bu, mümkünsüz görünür. Ancaq bu həftə sonu "Bursaspor", "1461 Trabzon"la oyunda xal itərərsə, o zaman qalan oyunları gözləmədən 3-cü liqaya düşməsi rəsmiləşəcək".
Fərid Aslan
MİA.AZ