Türk kinosunun əfsanəvi aktyorlarından olan və saysız-hesabsız filmlərdə oynayan Nuri Alço xəstəxanaya yerləşdirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Yeşilçam" əfsanələrindən olan 73 yaşl Nuri Alço bayram üçün dünən doğulduğu Əskişəhərə yollanıb.
Məlumata görə, orada gecə evində xəstələnən Alço həyat yoldaşı Burcu Alço tərəfindən xəstəxanaya aparılıb. İlk müayinə zamanı ona beynində qansızma aşkarlanıb: "Nuri Alçonun tədbir amacı ilə reanimasiyaya yerləşdirilib. Hazırda huşu yerindədir".
Nuri Alçonun həyat yoldaşı Burcu Alço məşhur aktyorun son durumu ilə bağlı Haberler.com-dan Emre İliksizə danışıb.
Nuri Alçonun vəziyyətinin kritik olduğu xəbərini təkzib edən Burcu Alço bildirib ki, aktyorun vəziyyəti yaxşıdır: "Sadəcə, ehtiyat tədbiri olaraq reanimasiyada saxlanılır. Hətta xəstəxanaya aparılarkən mənə "İzləməli seriallarım var. Xəstəxanada televizor varmı?" deyə zarafatla soruşdu..."
Ləman
MİA.AZ