19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununa çıxıb.
Mia.az xəbər verir ki, yığma Latviyada Bolqarıstan ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə bitib - 1:0.
Qeyd edək ki, U-19 ilk oyununda Monteneqroya uduzub - 0:4. Komanda aprelin 9-da Latviya ilə görüşəcək(Report).