Superliqanın son çempionu "Qalatasaray" ilə Türkiyə kubokunun qalibi "Fənərbaxça" bu gün 2023-cü il Turkcell Superkuboku uğurunda Şanlıurfada üz-üzə gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fənərbağça" əvvəldən elan etdiyi kimi oyuna U19-larla çıxıb və matç başlayandan cəmi 2 dəqiqə sonra meydanı tərk edib.

Buna qədərsə "Qalatasaray" ilk dəqiqənin ilk hücumunda İkardinin qolu ilə hesabı açıb.

Beləliklə, tarixi oyunla bağlı son qərarı federasiya verəcək.

Onu da qeyd edək ki, komandalar meydana aşağıdakı heyətlə çıxıb: 

"Qalatasaray": Muslera, Kaan Ayhan, Nelsson, Abdülkerim, Köhn, Torreira, Berkan, Barış Alper, Mertens, Kerem Aktürkoğlu, Icardi.

"Qalatasaray"ın əvəzediciləri: Günay, Eyüp, Sançes, Kerem Demirbay, Zaha, Tetê, Ziyech, Ndombele, Aurier, Vinicius

"Fənərbaxça": Furkan, Mustafa Əmir, Efekan, Yusuf, Ümitcan, Muhammet, Görkem İbrahim, Kerem, Muhammet Zeki, Emirhan, Çağrı.

"Fənərbaxça"nın ehtiyat oyunçuları: Muhammet Doğukan, Mehmet Can, Samet Seymen, Yiğit.

Fərid Aslan

MİA.AZ