CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu 31 martda AKP iqtidarı üzərindəki tarixi qələbə ilə bağlı müsahibə verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, KRT-dən Zübeyde Sarıyanın suallarını cavablandıran Kılıçdaroğlu CHP-nin 1977-ci ildən sonra ilk dəfə seçkilərdə birinci partiya kimi çıxmasını üç səbəblə əlaqələndirib:
"Birinci səbəb AKP-yə küsmüş seçicilərin seçki qutusuna getməməsidir. İkinci səbəb isə seçkinin iki partiya - AKP və CHP arasında keçirilməsidir. AKP-yə küsmüş seçicilər DEVA, Gələcək, İYİ Partiyası və ya Səadətə deyil, qazanma şansı yüksək olan CHP-yə səs verdi. Üçüncü səbəb kürd seçicilərin CHP-yə üstünlük verməsidir. Kürdlərlə keçmişdə qurduğumuz ortaq zəmin və dialoq burada mühüm rol oynadı...".
"CHP-nin qurultayı olsa, namizəd olardınızmı?" sualına cavabda Kılıçdaroğlu belə bir niyyətini nə təsdiq, nə təkzib edib: "Yaxın vaxtlarda qurultay olacağını düşünmürəm. Bildiyiniz kimi, əsasnamə konfransı olmalı idi, ancaq hələ ortada heç nə yoxdurk. Yeni əsasnaməni görmək lazımdır. O zaman deyə bilərik ki, pariyada həqiqətən də dəyişim var....".
Kılıçdaroğlu siyasətdən çəkilib-çəkilməyəcəyi ilə bağlı isə belə cavab verib: “Mən siyasətdən getsəm də, siyasət məni tərk etməz”.
Əkrəm İmamoğlu yüksək səslə İstanbul Böyükşəhər Bələdiyyəsinin təkrar sədri olması və aralarındakı gərginliklə bağlı suala cavab verən CHP-nin sabiq sədri İmamoğlu təkrar qələbədən sonra onu aramadığını gizlətməyib.
Firudun Səfərli
MİA.AZ