Mədəniyyət Nazirliyinin Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifədən çıxarılıb.

Məlumata görə, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Səftər oğlu Mehdiyevin əmək müqaviləsinə xitam verilib.

Bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Nurəddin Mehdiyev işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib(APA).

***

Bu gün Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib.

Mia.az xəbər verir ki, nazir Adil Kərimli həmin vəzifəyə Nail Məmmədovun olunması barədə əmr imzlayıb.

Xəbərdəd eyilir ki, yeni rəis buna qədər Gəncə şəhər Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri işləyib.