İsrailin 182 gündür bomabaladığı Qəzzada dinc sakinlərin ölüm halları artır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra son məlumatı paylaşıb.
O bildirib ki, son 24 saatda İsrail qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində daha 54 dinc fələstinli ölüb, 82-i isə yaralanıb: "Bununla da İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 33 min 91-ə, yaralı sayı isə yaralı sayı 75 min 750-yə çatıb".
Firudin Səfərli
MİA.AZ