Fransa prezidenti Emmanuel Makron Ruanda soyqırımının 30-cu ildönümü üçün həmin ölkəyə dəvət alsa da, getməyəcək.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fransa mediası yazıb.
Bildirilib ki, onun yerinə mərasimə Fransanın xarici işlər naziri Stefan Sejourne və dəniz və biomüxtəliflik üzrə dövlət naziri Herve Bervil qatılacaq.
Makron isə 7 apreldə soyqırımla bağlı videomüraciət yayacaq.
Fransa mediasının məlumatına görə, müraciətdə o, Fransanın 1994-cü ildə Ruanda baş verən soyqırımı dayandırmaq imkanına sahib olduğunu, ancaq buna buna siyasi iradələrinin çatmadığını etiraf edəcək: "Fransanın Ruanda soyqırımına görə məsuliyyətini qəbul edən Makron 27 may 2021-ci il tarixində Ruandanın paytaxtı Kiqalidəki çıxışını demək olar ki, 7 apreldə sosial media platformalarında yayacağı videomüraciətdə təkrarlayacaq".
Xatırladaq ki, Makron 4 il əvvəl Ruanda soyqırımına görə Fransanın məsuliyyətini qəbul edib.
Onu da qeyd edək ki, Ruandada 1994-cü ildə hutular o zamankı prezident Juvenal Habyarimananın təyyarəsinin qəzaya uğramasına görə tutsiləriu məsul tutaraq onlara qarşı soyqırım başlatmışdılar. O zamna Fransanın müstəmləkəsi altında olan ölkədə 100 gün davam edən qətliamda 800 mindən çox tutsi həyatını itirib.
Tahir Şəlvəli
MİA.AZ