Somalinin paytaxtı Moqadişoda Türkiyəyə bağlı olan "Verenel" Humanitar yardım dərnəyinin nümayəndəsi terror aktı ilə öldürülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, türkiyəli yardımsevərin də aralarında olduğu avtomobilə bomba atılıb.

Məlumata görə, nəticədə "Verenel" dərnəyinin Somali təmsilçisi olan Türkiyə vətəndaşı Abdurrahim Yörükla yanaşı, bir yerli şəxs ölüb, 4 nəfər isə ağır yaralanıb.

Məlumata görə, hadoizə eyrinə Türkiyə səfirliyinin rəsmiləri də yollanıb.

Fakt araşdırılır.

Bu arada isə terror aktını "Əl-Şəbab" adlı terror təşkilatı üzrənı götürüb. Ancaq səbəb haqda informasiya verilməyib.

Lamiyə Əhmədli

MİA.AZ