31 Mart 2024-cü ildə Türkiyənin Hatay şəhər bələdiyyəsiə keçirlən seçkilərə CHP etiraz edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, etirazlardan sonra ssəslər eyenidən sayılmağa başlayıb.
Bu barədə açıqlama verən CHP-nin sədr müavini Gökçe Gökçen bildirib ki, hazırda Haytayda posesi izləyirlər: "Artıq ilk gündən etibarən səs fərqi 3 min 900-dən 2 min 735-ə düşüb. Proses davam edir. Cənab sədrimizin tapşırıqğı ilə burada prosesi diqqətlə izləyirik".
Xatırladaq ki, Hatayda 31 mart 2024-cü ildə keçirilən seçkidə AK Partiya namizədi Mehmet Öntürk ənyaxın rəqibi olan CHP namizədinə 3 min 900 səslə qalib gəlib. CHP-nin namizədi Lütfü Savaş 44,5 səslə ikinci olub.
Samir Musayev
MİA.AZ