Xəbər verdiyimiz kimi, 31 mart seçkilərində 58 faiz səslə Van bələdiyyə sədrliyinə keçirilən seçkidə qalib gələn kürdlərin partiyası - DEM-in üzvü Abdullah Zeydanın qələbəsinin ləğv edilərək, ikinci ən çox səs qazanan AK Partiya namizədi Əbdülahat Arvasa sədr vəsiqəsinin verilməsi şəhərdə qarşıdurma yaradıb.
Mia.az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, Van seçki komissiyasının Ədliyyə Nazirliyinin Abdullah Zeydanın haqqında cinayət işi açmasını əsas gətirərək verdiyi bu qərarı isə Yüksək Seçki Kurulu (YSK/MSK) bu gün ləğv edib.
Məlumata görə, qərara əssən DEM partiyanın namizədinin qələbəsi tanınıb və sədr postu ilə bağlı vəsiqə ona təqdim olunacaq.
Tahir
MİA.AZ