İran İnqilab Keşikçiləri Ordusunun sözçüsü, briqada generalı Ramazan Şərif İsraili hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Tehranda keçirdiyi mətbuat konfransı keçirən general bir neçə gün əvvəl Suriayada İran konsulluğuna İstrailin son zərbələrindən danışıb.

Sözçü bildirib ki, İstrailin bu hücumu cavabsız qalmayacaq: "İsrail bu cür davranışla heç nəyə nail olmayacaq. Əksinı, bu, bizim motivasiyamızı ikiqat artacaq və inşallah, tezliklə sionist rejimə daha ölümcül zərbələrin şahidi olacaqsınız”. 

Xatırladaq ki, İsrail aprelin 1-də İranın Dəməşqdəki konsulluq binasına F-35-lərlə 6 zərbə endirib. Nəticədə İran İnqilab Keşikçiləri Ordusundan 2-si general olmaqla, ümumilikdə 13 nəfər həlak olub.

Tahir Şəlvəli

MİA.AZ