Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) mühüm vəzifələrindən biri də maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarını müdafiə etməkdir.
Mia.az Referans.az-a istinadla xəbər verir ki, bu istiqamətdə şəffaflığın artırılması məqsədi ilə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksinin aylıq əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanması qərara alınıb. Məlumata görə, ən çox şikayət edilən banklar siyahısında yüksək reytinqlərdən birində “Yelo Bank” qərarlaşıb.
Adı zaman-zaman müxtəlif qalmaqallarda və bir çox müəmmalı əməliyyatlada hallanan "Yelo Bank”ın adı növbəti qalmaqalda hallanıb.
Maraqlıdır, müştəriləri bu bankdan niyə şikayətlənir?
Belə ki, araşdırma apardığımız zaman, həqiqətən də, “Yelo Bank”la bağlı sayasız-hesabsız şikayətlər ortaya çıxır. Yaxın keçmişə nəzər saldığımız zaman, "Yelo bank"ın məhkəməyə verildiyinin şahidi oluruq. Bu ilin fevral ayında Banka qarşı "Avia-Ekologiya" şirkəti iddia qaldırıb. Məhkəmə işinin predmeti ictimaiyyətə açıqlanmır.
Bundan əlavə ötən il “Trendyol”dan alış-veriş edənlərin başı “Yelo Bank”la bağlı dərdə girib. Məlumata görə, ləğv olunan sifarişlərin pulu Türkiyədən geri göndərilsə də, banklar müştərilərə həmin pulu çatdıra bilməyib. “Yelo Bank” müştərisinin də şikayəti bununla bağlıdır. “Yelo Bank” sifarişi ləğv edilən şəxslərin pulunu 1 aydan çox müddətdə geri qaytarmayıb.
Eyni zamanda arşdırmalar onu da göstərir ki, "Yelo Bank"a qarşı şikayətlərdən əksəriyyəti pulların mənimsənilməsi ilə bağlıdır. Belə ki, bəzi vətəndaşlar sosial şəbəkə hesablarında bununla bağlı məlumat yayıb və sözügedən bank tərəfindən öz pullarının mənimsənildiyini bildiriblər.
Şikayətçinin yazdığına görə, noyabr ayının 25-də öz kartları arasında 50 manat köçürmə edib. Amma köçürmə 4 gün icraatda qalsa da, həmin vəsait müştərinin digər kartına köçməyib. "Yelo Bank”ın müştəriyə yolladığı mesajda bildirilib ki, əməliyyat uğursuz olub. Lakin "Yelo Bank” müştərinin pulunu da geri qaytarmır. Bankdan bildiriblər ki, həmin vaxt müştərinin balansında o qədər pul olmayıb.
“Yelo Bank”da kreditlərin ödənilməsi ilə bağlı da müştərilər əmməli-başlı soyulur. Məlumata görə, banka olan kreditinizi tam bağladıqdan sonra “tam ödənildi” qəbzi üçün əlavə 30 manat tələb edilir. Bank müştərisi Tural Cahangirovdan bununla bağlı əlavə ödənişi tələb ediblər.
“Yelo Bankda olan kreditimi bağlamışam. Tarixçəmə “tam ödənildi” yazılması üçün əlavə də 30 manat ödəniş istəyirlər. Bu çox absurddur”, - deyə Şikayətçi bildirib.
Referans.az xatırladır ki, 1994-cü ildən fəaliyyət göstərən Yelo Bank ilk olaraq "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan "Yelo Bank" adına rebrending edilib. Bankın yeni adı Yelo – ingilis sözü Yellow-nun (sarı) sadələşdirilmiş formasıdır. Hazırda "Yelo Bank" ASC-nin 3-ü regionda olmaqla (Gəncə, Lənkəran, Bərdə) ümumilikdə 13 filialı var.
Məlumat üçün bunu da qeyd edək ki, hazırlanan xəbərdə vətəndaş və müştərilərin şikayətlərinin sadəcə bir neçəsi nümunə üçün istifadə olunub.
Bu bank Lukoil-un rəhbəri Vahid Ələkbərovundur.