Dünən hakim AK Partiya İstanbulun Beykoz və Qaziosmanpaşa, CHP isə Arnavutköy, Bahçelievler, Fatih, Pendik, Ümraniye və Zeytinburnu rayonlarında səslərin yenidən sayılması üzər şikayət erdiblər.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün saat 11:00-dan etibarən AK Partiya və Cümhuriyyət Xalq Partiyasından hər birindən 50 nəfər müşahidəçi olmaqla Qaziosmanpaşada səslərin yenidən sayılmasına başlanılıb.
Bu zaman isə tərtəflər arasında mübahisə böyüyüb və tərəfdarlar bir-birləri ilə əlbəyaxa olublar.
CHP 970 səs fərqi ilə qazanılan Qaziosmanpaşada səslərin təkrar sayılamsına etiraz edib, AKP isə şikayətinin üzəridə dayanıb.
CHP İstanbul şəhər təşkilatının sədri Özgür Çelik səslərin sayılmasına, səslərin sayıldığı salonda olan AK Partiya İstanbul millət vəkili Adem Yıldırım isə ona maneəyə etiraz edib.
Hər iki şəxsin bu barədə açıqlamalarını aşağıda olduğu kimi təqdim edirik:
Lamiyə Əhmədli
MİA.AZ