Bu gün AFFA-nın yeni prezidenti seçilən Rövşən Nəcəf jurnlaistlərin suallarını cavablandırıb.
Mia.az xəbər verir ki, media ilə münasibətlərin qurulmasına dair suala cavab verən Rövşən Nəcəf bildirib ki, bu sahədə bəzi planlar üzərində düşünürlər: "Media ilə əlaqədar çox vacibdi. Biz düşünürük ki, jurnalistlərlə daha sıx görüşmək lazımdı. Onlar nəinki bizim fəaliyyətimizi işıqlandırır və dəstək verir, eyni zamanda müxtəlif problemlərin həlli yolunda təklif və rəy verə bilər. Məsələn, düşünürəm ki, AFFA-da jurnalistlərlə bir görüşə ehtiyac var, amma açıq yox, bağlı qapılar arxasında. Necə deyərlər, media ilə, amma mediasız bir görüş nəzərdə tuturam. Biz gördüyümüz problemlərdən çıxış yolunu birlikdə müzakirə edərək bir -birimizə faydalı ola bilərik"
"Mən kral deyiləm, olmağı da düşünmürəm", - deyən R. Nəcəfin sözlərinə görə, futbol bir nəfərin yox, hamının işi olmalıdır: "Komanda uduzanda bunun səbəbini təkcə biz yox, bütün ictimaiyyət düşünür".
AFFA rəhbəri "Neftçi"dəki fəaliyyətinə xitam verəcəyini də sözlərinə əlavə edib.
Zülfiyyə
MİA.AZ