Ekvadorda yanvarın 10-da baş verən kriminal dəstələrin qiyamını araşdıran prokurorlardan biri maşınında hərəkətdə olarkən başından vuruilaraq öldürülüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, prokuror Sezar Suares yanvarın 10-da cinayətkar qrupların “TC Televiziya” kanalına basqını üzrə istintaqa rəhbərlik edib.
Bildirilir ki, o, Quayaquil şəhərinin şimalında, Bombero Bulvarında maşında gedərkən silahla hücuma məruz qalıb: "Naməlum şəxslər qəfildən onun maşınına yaxınlaşaraq, başına güllə sıxıblar. Prokuror hadisə yerində dünyasını dəyişib".
Məlumata görə, hadisədənb sonra həyata keçirilən əməliyyatla 2 şübhəli saxlanılıb.
Ekvador Silahlı Qüvvələrinin Birgə Komandanlığının rəhbəri Jaime Vela mətbuat konfransında faktı təsdiqləyib. O, deyib ki, prokuror Sezar Suaresin qətli ilə əlaqədar 2 nəfər çoxlu sulah-sursatla tutulub: "Bu qətli “Çone Killers” adlı cinayət təşkilatının üzvləri olan qatillər həyata keçiriblər. Onlar öz lıayiqli cavablrını alacaqlar. Buna əmin ola bilərsiniz...".
Firudin Səfərli
MİA.AZ