Peruda prezident Dina Boluarte rəsmi şəkildə yə korrupsiyada ittiham molunur.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkə prezideentinin evində axtarışın səs-=küyü davam etdiyi ərəfədə daxili işlər naziri Viktor Torres istefa verib.
O, istefası haqda qısaca belə deyib: "Təmiz əllərlə gəldim, təmiz əllə də gedirəm".
Nazir istefasını "ailə və sağlamlıq problemləri" ilə əlaqələndirib.
Xatırladaq ki, martın 30-da ölkəı prezidentinin evində Baş Prokurorluğun göstərişi ilə axtarış aparılıb. Həmin əməliyyat prezidentin ailəsi qapını açmadığından polis qapını sındırmaqla mülkə daxil olub: "Prokurorluiq əməkdaşları evdə bahalı saatlar axtarıb..."
Qeyd edək ki, iİki həftə əvvəl Boluartenin fərqli dəbdəbəli saatlar taxması ilə bağlı Peru mediasında yayılan xəbərlər ölkədə böyük etiraz formalaşdırıb.
Onu da qeyd edək ki, 2022-ci il dekabrın 7-də Perunun keçmiş prezidenti Kastilyo Konqres tərəfindən "taxtadan salındıqdan" sonra Dina Boluarte ölkıə prezidenti postuna gətirilib.
Samir Musayev
MİA.AZ