İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd olan Murat Kurumu dətəkləyən, hətta onun qələbəsi üçün mahnı oxuyan Sınan Akçil Əkrım İmamoğlunun qələbəsindən sonra "orta xətt" tumağa başlayıb. Bu isə hətta onun həmkarlarında qıcıq yaradıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ona sərt etiraz edənlərdən bir də CHP, daha doğrusu Əkrəm İmamoğlu tərəfdarı, müğənni Seren Serengil olub.
O, Sinan Akçılın Murat Kurum üçün seçki mahnısı bəstələyib oxumaslnı üzünə vuraraq sosial media hesabında onu rüsvay edib.
Seren Serengil Akçılın "orta xətt"lə bağlı paylaşımını səhifəsində paylaşaraq ona ünvanlı yazıb: "Sən nə dönük adamsan. Dünənə qədər Kurum deyirdin. Əkrəm bəyə dəstək olduğum üçün "Bu qıza yazığım gəlir" deyirdin. Nə oldu? Kurum üçün bir kompozisiya da yaz ki, bütün bu parça afişalar boşa getməsin. Sənə gəlincə, çox kökəlmisən, amma xarakterin hələ də çox zəifdir".
Sınan Akçil və Seren Serengilin paylaşımlarıı aşağıda olduğu kimi təqdim edirik.
Ləman
MİA.AZ