ABŞ-ın İndianapolis şəhərində ticarət mərkəzi qarşısında azyaşllar arasında silahlı insident baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, silahlı hücum nəticəsində yaşları 12-17 arasında olan 7 uşaq yaralanıb.
Uşaqlar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin stabil olduğu deyilir.
Şəhər polis rəisinin müavini Tanya Terri yerli mediaya bildirib ki, ərazidə patrul xidməti həyata keçirən polis qrupları dünən gecə yerli vaxtla saat 23.30 radələrində "Circle Center Mall" adlanan ticarət mərkəzinin yaxınlığında silah səsləri eşidiblər: "Polislər hadisə yerində böyük bir qrup azyaşlıların mübahisəsində silahla qan tökülməsinə müəyəyn edib. Biz bununla bir daha azyaşlların odlu silahla aralarındakı mübahisəni həll etdiyi bir vəziyyətlə qarşılaşdıq. Bu cür düşüncə təhlükəlidir, buna son qoyulmalıdır. Münaqişələr kiminsə silahı götürüb həll yolu axtarması ilə nəticələnməməlidir. Biz hazırda bu hadisəni dərindən araşdırırıq. Bilirik ki, hadisə yerində bir deyil, bir neçə silahdan atəş açılıb".
Polis mənsubu hələlik hadisə ilə bağlı saxlanılanların olmadığını da sözünə əlavə edib.
Firudin Səfərli
MİA.AZ