Qəzzada itkilərlə bağlı son məlumat açıqlanıb.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrail ordusu Qəzza zolağını 177 gündür bombalayır: "Son 24 saatda 8 bölgə bombalanıb. Nəticədə daha 77 mülki fələstinli həyatını itirib, 108-i isə yaralanıb. Bununla da oktyabrın 7-dən etibarən Qəzza zolağında ölənlərin sayı 32 min 782-yə, yaralıların sayı isə 75 min 298-ə yüksəlib".
Tahir Şəlvəli
MİA.AZ