Türkiyənin Diyarbəkir şəhərinin Ağaçlıdere mahalındakı səsvermə məntəqəsində kütləvi dava düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, muxtar seçkisi ilə bağlı səsvermədə namizədlərin tərəfdarları arasında mübahisə qısa zamanda alovlanıb: "Nəticədə tərəflər silah, daş və çomaqlara əl atıblar. Qarşıdurma 1 nəfərin ölümünə, 11 nəfərin isə yaralanması ilə sakitləşdirilib. Əraziyə gələn iki təcili yardım maşınına da daşlarla zərər vurulub. Bölgəyə əlavə jandarma qüvvələri yönləndirilib.

Firudin Səfərli

MİA.AZ