Türkiyənin unudulmaz ikonlarından biri olan məşhur müğənni Ahmet Kayanın həyatından bəhs edən film çəkilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, film aprelin 5-də bütün Türkiyə, o cümlədən Avropanın bəzi ölkələrindəki kinoteatrlarda nümayiş olunacaq. 

Özgür Tuzerin Ahmet Kayanı canlandırdığı "İki göz Ahmet: Sürgün" filmində Aleyna Solaker, Serdar Orçin, Ruhi Sarı, Metin Yıldız, Yelda Reynaud kimi tanınmış aktyor heyəti də yer alıblar.

Xatırladaq ki, “İki Gözüm Ahmet: Sürgün” filminin treyleri Türkiyənin yaxın tarixini ortaya qoyur. Filmdə Kayanın Türkiyədə və sürgün həyatı yaşadığı Parisdəki əzablı həyatı canlandırılır...

Onu da qeyd edək i, Ahmet Kaya 2000-ci il noyabrın 16-da - 43 yaşında ürək tutmasından vəfat edib. O, Fransada dəfn olunub...

Ləman

MİA.AZ