Azərbaycanın ilk inklüziv teatrı olan “ƏSA” Teatrı 5 aprel 19:00-da Şəhriyar adına Mədəniyyyət Mərkəzinin səhnəsində böyük dramaturq Vilyam Şekspirin məşhur “Hamlet” faciəsini təqdim edəcək. 

Mia.az xəbər verir ki, dünya dramaturgiyasının ən təsirli tragediyalarından sayılan “Hamlet” tamaşasının aktyor heyəti əlilliyi olan və olmayan aktyorlardan ibarətdir. Belə ki, rolları Əməkdar artistlər İlqar Cahangir, Qasım Nağı, aktyorlar Elşən Əskərov, Könül Şahbazova, Elsevər Rəhimov, Səmayə Ağayarova, Bəhram Rəhimli və digərləri ifa edəcək. 

Həqiqi kədərdən qəzəbə çevrilmiş bir həyatı, dəlilik və dahilik arasındakı incə xətti, insan münasibətlərini, xəyanəti və mənəviyyatı sərgiləyən tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, prodüseri Nicat Qulam, işıq rəssamı Binyamin Sailovdur. 

Qeyd edək ki, biletlər şəhərin bütün kassalarında və iticket.az platformasında satışdadır.