Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində məhkəmə iddiası qaldırılıb.
Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, məhkəmə iddiası Mənsimova Vüsalə Asəf qızı tərəfindən irəli sürülüb.
İddia üzrə növbəti məhkəmə iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun sədrliyi ilə aprel ayının 2-də saat 10:00-da keçiriləcək.
Qeyd edək ki, daha əvvəl – 7 noyabr və 19 dekabr 2023-cü il tarixlərində 2 iclas keçirilib. İddia müqavilənin etibarsız hesab olunması tələbi üzrə qaldırılıb.
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan Mais Mənsimov Türkiyənin “Palmali Gemicilik ve Acentelik Anonim Şirketi”nin Azərbaycandakı Fililalının (VÖEN -1400043761), həmçinin “Azərkeş Xəzər-Lənkəran” MMC-nin (VÖEN - 2600058551) qanuni təmsilçisidir.
Onu da qeyd edək ki, “Palmali Gemicilik ve Acentelik Anonim Şirketi”nin Azərbaycandakı Fililalının hazırda dövlət büdcəsinə vaxtında ödənilməyən vergi borcu da var.