Yunanıstanda güclü zəlzələ baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Yunanıstanın cənubunda 5,8 bal gücündə zəlzələ olub: "Bu gün yerlii vaxtla saat 09.12-də Peloponnes yarımadasının qərbində qeydə alınan zəlzələ 5,8 bal gücündə olub. Zəlzələdən sonra 2,9 və 2,1 bal gücündə afterşoklar baş verib. Zəlzələ ölümə və dağıntılarfa səbəb olmayıb".

Lamiyə Əhmədli

MİA.AZ