İsrail Suriyanın şimal-qərbindəki Hələb vilayətində hava limanına və daha bir neçə zavoda hava zərbəsi endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Suriya rejiminə bağlı media orqanları məlumat yayıb.
Məlumata əsasən, Hələb hava limanına və müdafiə sənayesi zavodlarına endirilən zərblərə nəticəsində çoxlu sayda insan həyatını itirib, yaralılar var: "Onların arasında 36 hərbçi də var...".
Təfərrüatlı informasiya verilməyən məlumatda bildirilib ki, Bəşər Əsəd rejimi ordusunun hava hücumundan müdafiə sistemləri düşmənin raket zərbələrinə cavab verib.
Tahir Şəlvəli
MİA.AZ